Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirmişdir.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirmişdir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan tədbirdə gənclərin peşə təhsilində rolu, bilik və bacarıqlarının inkişafının əhəmiyyəti, eləcə də onların ölkənin gələcəyinin formalaşmasında tutduqları mühüm mövqe vurğulanmışdır. Tədbir gənclərin fəallığının artırılması və peşə təhsilinə marağının gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün 36-cı ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunmuşdur.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “20 Yanvar – Ümumxalq Hüzn Günü”nün 36-cı ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunmuşdur.
Tədbirlər çərçivəsində mərkəzin tələbələri tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilmiş, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunmuşdur. Bununla yanaşı, mərkəzdə şəhidlərin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Silahın natamam sökülüb-yığılması üzrə fərqlənənlər mükafatlandırıldı

Silahın natamam sökülüb-yığılması üzrə fərqlənənlər mükafatlandırıldı
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri arasında silahın natamam sökülüb yığılması ilə bağlı yarış keçirilmişdir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və bir qrup təhsilalanları Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda onun xatirəsini dərin ehtiramla yad etmişdir.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və bir qrup təhsilalanları Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar Fəxri Xiyabanda onun xatirəsini dərin ehtiramla yad etmişdir.
Ziyarət zamanı Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulmuş, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, təhsilin və gənclərin inkişafında göstərdiyi misilsiz xidmətlər hörmət və ehtiramla xatırlanmışdır.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomaniyanın zərərli təsirləri və ondan qorunma yolları” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə “Narkomaniyanın zərərli təsirləri və ondan qorunma yolları” mövzusunda maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirin əsas məqsədi təhsilalanlar arasında narkomaniyanın insan sağlamlığına, sosial həyata və gələcək karyeraya vurduğu mənfi təsirlər barədə məlumatlılığın artırılması, eləcə də bu zərərli vərdişdən qorunma yollarının izah edilməsi olmuşdur.
Tədbir zamanı mövzu ilə bağlı təqdimatlar edilmiş, narkotik vasitələrin yaratdığı psixoloji və fiziki asılılıq, hüquqi məsuliyyət və cəmiyyət üçün fəsadlar haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda, sağlam həyat tərzinin təşviqi, düzgün seçimlərin edilməsi və riskli hallardan uzaq durmağın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, gənclərin mövzu ilə bağlı fikir və mülahizələri dinlənilmişdir. Bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin sağlam və təhlükəsiz gələcəyinin formalaşdırılmasında mühüm rol oynadığı qeyd edilmişdir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dama yarışı keçirilmişdir

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dama yarışı keçirilmişdir
Təhsilalanların asudə vaxtının səmərəli təşkili, məntiqi düşünmə və diqqət qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dama yarışı təşkil edilmişdir. Yarışda tələbələr fəal iştirak etmiş, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirmişlər.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekununda fərqlənən iştirakçılar müəyyən olunmuşdur. Bu kimi intellektual oyunlar tələbələrin sosial aktivliyinin artırılmasına və asudə vaxtlarının faydalı şəkildə keçirilməsinə mühüm töhfə verir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakı ərazisində yerləşən peşə təhsil mərkəzləri arasında keçirilmiş futbol yarışında iştirak etmişdir.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Bakı ərazisində yerləşən peşə təhsil mərkəzləri arasında keçirilmiş futbol yarışında iştirak etmişdir.
Bakı ərazisində fəaliyyət göstərən peşə təhsil mərkəzləri arasında keçirilmiş futbol yarışında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri fəal iştirak etmiş, komanda ruhu, nizam-intizam və yüksək idman bacarıqları nümayiş etdirmişlər. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Mərkəzin tələbələri birinci yerə layiq görülmüşdür. Bu nailiyyət tələbələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və komanda işinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Ümid Bağı” layihəsi çərçivəsində mərkəzin tələbələri ustad dərsində iştirak etmişdir

“Ümid Bağı” layihəsi çərçivəsində mərkəzin tələbələri ustad dərsində iştirak etmişdir
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi və Bir Könüllü Tələbə Təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Ümid Bağı” layihəsi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri dibçək hazırlanması üzrə ustad dərsində iştirak etmişlər.
Ustad dərsi zamanı tələbələr yaradıcı bacarıqlarını nümayiş etdirmiş, əl əməyinə əsaslanan praktik biliklər əldə etmişlər. Layihənin yekununda hazırlanmış dibçəklər müxtəlif həssas qruplardan olan şəxslərə hədiyyə edilmişdir. Bu təşəbbüs tələbələrdə sosial məsuliyyət hissinin gücləndirilməsinə, könüllülük fəaliyyətinin təşviqinə və cəmiyyətə faydalı dəyərlərin aşılanmasına xidmət edir.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı ilə birgə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir təşkil etmişdir.

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatı ilə birgə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir təşkil etmişdir.
Tədbir Azərbaycan xalqının şanlı Zəfər tarixinin təbliği, Vətən müharibəsində qazanılmış tarixi qələbənin əhəmiyyətinin gənclər arasında aşılanması və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə keçirilmişdir.
Tədbir zamanı 44 günlük Vətən müharibəsində əldə olunan uğurlar, Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi barədə çıxışlar edilmiş, Zəfər Gününün xalqımızın tarixindəki yeri xüsusi vurğulanmışdır.
Çıxış edənlər gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinin, vətənə sədaqət və dövlətçiliyə bağlılıq hisslərinin formalaşdırılmasının vacibliyini qeyd etmişlər. Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilmişdir.
Sonda bildirildi ki, bu cür tədbirlər gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində mühüm rol oynayır.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi ağacəkmə aksiyasında iştirak etmişdir

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi ağacəkmə aksiyasında iştirak etmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyasında Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi fəal iştirak etmişdir. Aksiya zamanı ətraf mühitin qorunması, yaşıllıqların artırılması və ekoloji tarazlığın möhkəmləndirilməsi məqsədilə ağacəkmə işləri həyata keçirilmişdir.
Mərkəzin kollektivi bu təşəbbüsə qoşulmaqla ekoloji dəyərlərin təbliği, sağlam mühitin formalaşdırılması və sosial məsuliyyətin artırılmasına töhfə vermişdir. Bu kimi tədbirlər cəmiyyətin ekoloji şüurunun yüksəldilməsində və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır.


