“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil MərkəzininHəmkarlar İttifaqı Komitəsi, peşə təhsil müəssisəsinin müəllim –pedaqoji heyətinin, inzibati-texniki personalın, eləcə də digər əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsini, peşə maraqlarının təmin olunmasını və onların əmək fəaliyyətində səmərəliliyin artırılmasını özünün strateji vəzifəsi kimi müəyyənləşdirir.


Komitənin çoxşaxəli fəaliyyəti, hər şeydən öncə, əmək münasibətlərinin düzgün və səmərəli tənzimlənməsi, üzvlərin sosial müdafiəsinin gücləndirilməsi, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması, eyni zamanda universitet mühitində mədəni-maarifləndirici, ictimai və intellektual yönümlü tədbirlərin təşkili istiqamətlərini əhatə edir.


Komitənin fəaliyyət spektrində, həmçinin, üzvlərin istirahət imkanlarının səmərəli təşkili, sanatoriya-kurort yollayışlarının təmin edilməsi, həssas sosial qruplara dəstək göstərilməsi, gənc mütəxəssislərlə işin təşkilati və maarifləndirici aspektlərinin gücləndirilməsi mühüm yer tutur.


Peşə məktəbində aztəminatlı tələbələri daimi nəzarətdə saxlamaq əsas işlərindən biridi.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Komitənin əsas fəaliyyət istiqamətləri: